MCTAC şirkəti peşəkar mütəxəssislərə önəm verir, insan kapitalının inkişafına, effektiv və şəffaf kadr siyasətinin həyata keçirilməsinə xüsusi əhəmiyyət verir.
MCTAC şirkəti intellektual biliyə əsaslanaraq yüksək ixtisaslı və peşəkar kadr potensialına malik olmaqla rəqabətədözümlülük qabiliyyətini daha da möhkəmlədir.
Hazırda MCTAC şirkətində gömrük məsələləri üzrə böyük təcrübəsi olan savadlı və təcrübəli kadrlar çalışır.
MCTAC şirkəti işçilərinin təhsilinə və peşəkar inkişafına böyük önəm verir, onlara mütəmadi olaraq yerli və beynəlxalq treninqlərdə, seminarlarda və kurslarda iştirak etməkdə dəstək olur.
MCTAC şirkətinə işə qəbul mərhələli müsahibə formasında, şəffaflıq, bərabərlik və qərəzsizlik prinsipləri əsasında həyata keçirilir. Bizim əsas meyarımız: tərbiyyə, intizam, bilik və düzgün olmaqdır.
Bizim komandamız peşəkar, öz işini bilən mütəxəssislərdən ibarət mehriban və səmimi kollektivdir, bu səbəbdən Siz bizimlə ixtisasınızı artırmaq, böyük təcrübə toplamaq və daim inkişaf etmək imkanı əldə edə biləcəksiniz.
KÖNÜLLÜLƏR bizim gələcəyimizdır!!!
MCTAC şirkəti peşəkar mütəxəssislərin üzünə həmişə açıqdır. Bizə müraciət edin: office@mctac.az