Orta Dəhliz Ticarəti üzrə Məşvərət Komitəsi (MCTAC-Middle Corridor Trade Advisory Committee) şirkətinin əsas fəlaiyyət istiqaməti Orta Dəhliz ticarətinə B2B prinsipi əsasında dəstək olmaq, biznesin inkişafı və dayanıqlığını təmin edilməsi ilə bağlı müvafiq xidmətlər göstərmək, idxal- ixrac və tranzit əməliyyatları həyata keçirən şirkətlərə hüquqi dəstək və prosedurlar üzrə xidmət göstərməkdir.
MCTAC ticarətin asanlaşdırılması və elektron ticarət sistemlərinin tətbiqində marağı olan şirkətdir və Orta Dəhliz regionunda ticarətin asanlaşdırılması, gömrük prosedurlarının sadələşdirilməsi və transərhəd idarəçiliyi üzrə araşdırmalar aparmaq, sorğular keçirmək, analitik təhlillər əsasında qiymətləndirmək və regional əməkdaşlıq əsasında birgə layihələr həyata keçirmək şirkətin strateji planına daxildir.
MCTAC-in məşvərət qrupuna dövlət orqanlarından, özəl sektordan, ictimai birliklərdən, elm və təhsil müəssisələrindən, region və beynəlxalq təşkilatlardan ekspertlər daxildir.
MCTAC müvafiq regional və ümumdünya qlobal təşkilatlarla sıx əməkdaşlıq edir.
Şirkətin əsas fəaliyyəti aşağıdakılardır: